“Amnesty International”dan İrana xəbərdarlıq
“Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İrana xəbərdarlıq edib.
Lent.az-ın amnesty.org-a istinadən verdiyi məlumata görə, təşkilat işgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunması barədə İran dövlətinə xəbərdarlıq edib. Təşkilat İranda seçki məhbuslarını, işgəncə və təcavüz qurbanlarını yeni təhlükələr gözlədiyinə dair narahatlığını bildirib. Qurumun baş katibi xanım Ayrin Xan İranın ali rəhbərindən işgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunmasını və onlara qarşı zorakılıqda əli olan şəxslərin qanun qarşısında cavab vermələrini tələb edib.
A.Xan bildirib ki, İranda işgəncəyə və təcavüzə əl atanların yerinə bu kimi cinayətlərin üstünü açanlar, həyəcan təbili çalanlar, ictimai fikri buna yönəldənlər təqib olunur. O, bu təqiblərin məhkəmə qərarlarında da özünü göstərdiyini söyləyib. Əfv təşkilatı Xamneyidən seçki məhbuslarının təhlükəsizliyinə təminat verilməsini, eləcə də işgəncələr və edamlar praktikasına qarşı çalışan beynəlxalq mütəxəssislərin vəziyyətini təhqiq etmək məqsədilə İrana səfər etməsinə şərait yaradılmasını istəyib.
Fərid Əkbərov

Oxşar yazılar

Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23