İstanbula uçan təyyarə qəzadan qurtarıb
31 iyul 2009 18:30 (UTC +04:00)

İstanbula uçan təyyarə qəzadan qurtarıb

ABŞ-ın Con Kennedi hava limanından qalxmağa hazırlaşan, içərisində 202 sərnişin və 11 heyət üzvü olan, “Delta” şirkətinə məxsus “Boinq 767” tipli təyyarənin mühərrikinə quş girib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, pilot bunu son anda görüb və artıq havaya qalxmaq məqamında olan təyyarəni durdurmaq üçün bütün bacarığını ortaya qoyub.

Ancaq pilotun hərəkətdə olan təyyarənin əyləcini qəfil basması sərnişinlərdə qorxu yaradıb. Təyyarənin dayanması və sərnişinlərin təyyarəni tərk etməsi yarım saat çəkib.

Qeyd edək ki, təyyarə Nyu-Yorkdan İstanbula uçmalı imiş.

Sərnişinlər başqa bir təyyarə ilə 6 saat gecikməklə, İstanbula gələ biliblər. Mühərrikinə quş girən təyyarə isə təmir üçün saxlanılıb.

Mütəxəssislər bildiriblər ki, əgər təyyarə havaya qalxsaydı, qəza qaçılmaz olacaqdı.

Qeyd edək ki, hər il bir neçə təyyarə quşların qurbanı olur.

Lent.az
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar