Mixail Qorbaçov “Raisa üçün mahnılar” albomunu buraxdırıb
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov “Raisa üçün mahnılar” albomunu yazdırıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, plastinka Qorbaçovun 1999-cu ildə dünyasını dəyişmiş həyat yoldaşının ölümünün 10 illiyinə həsr olunub.
Plastinkaya 7 kompozisiya daxil edilib. Eks-prezidentin sözlərinə görə, diskin məzmunu həyat yoldaşının ən sevdiyi romanslardan ibarətdir. Mahnıları Qorbaçov özü oxuyub, ona "Maşina vremeni” qrupunun rəhbəri Andrey Makareviç kömək edib.
Disk məhdud sayda tirajlanıb və geniş kütlə üçün nəzərdə tutulmayıb. Albom Raisa Qorbaçova və Mari Küri adına Fond tərəfindən xeyriyyə auksionuna çıxarılıb. Ticarət 1,7 milyon funt sterlinqdən çox gəlir gətirib. Gələn gəlir xeyriyyə təşkilatlarına sərf olunacaq.
Lalə Yusifqızı

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49