49 yaşlı qadın Günəşin sahibi oldu! – FOTO
09 dekabr 2010 20:49 (UTC +04:00)

49 yaşlı qadın Günəşin sahibi oldu! – FOTO

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Angeles Duran yaşadığı Çaliçya bölgəsindəki notariata gedib və Günəş üzərindəki bütün haqların ona aid olduğunu təsdiqlədib.

Angeles Duran bildirib ki, beynəlxalq hüquqa görə, heç bir ölkə Günəş üzərində haqq sahibi deyil: “Ancaq bu qanunlar arasında fiziki şəxslə bağlı bir qadağa yoxdur. Yəni bir şəxsin Günəşin sahibi olması yönündə heç bir əngəl yoxdur. Buna görə də istəyim qanuni olub. Mən dəli deyiləm, bunu Yer kürəsində yaşayan hər bir şəxs edə bilərdi. Ancaq ilk olaraq mənim ağlıma gəldi...”.
# 525

Oxşar yazılar