Burqas-Aleksandrupolis kəməri tikilməyəcək
Rusiya neftinin Bosfor və Dardanel boğazlarından yan keçməklə, Bolqarıstan və Yunanıstandan üzərindən nəqlini həyata keçirmək üçün nəzərdə tutulan Burqas-Aleksandrupolis Transbalkan neft kəməri ekoloji risklərə görə tikilməyəcək. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu gün Bolqarıstanın baş naziri Bayko Borisov çıxış edib.
Baş nazir bu ideyanın rədd edildiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya və Bolqarıstan bu kəmərin tikintisi ilə bağlı müqaviləni 2008-ci il fevralın 6-da imzalayıb. Layihənin 1 milyard dollara başa gələcəyi hesablanıb. Ötən həftə Rusiyanın baş naziri Vladimir Putinin Bolqarıstana səfəri zamanı Bayko Borisov bildirib ki, Bolqarıstan Burqas-Aleksandrupolis layihəsi üzərində işləmək niyyətindədir, hazırkı mərhələdə layihədə Bolqarıstanın ekologiyasını poza biləcək problemlər var.
Ekoloji qiymətləndirmə başa çatdıqdan sonra Bolqarıstan hökumətinin son qərarını 2011-ci ilin fevralında açıqlayacağı gözlənilir.

Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14