Çeçenistan parlamentində terror aktı: 4 ölü – YENİLƏNİB 1
19 oktyabr 2010 11:12 (UTC +04:00)

Çeçenistan parlamentində terror aktı: 4 ölü – YENİLƏNİB 1

Bu gün səhər saatlarında Çeçenistan parlamentində atəş səsləri eşidilib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə jurnalistlərə bildirib ki, atəş açılması nəticəsində ölənlər var.

İlkin məlumata görə, terrorçu-kamikazenin özünü parlamentin ərazisində partlatması nəticəsində 2 nəfər ölüb. Hüquq-mühafizə orqanlarındakı mənbə hadisənin səhər tezdən baş verdiyini vurğulayıb: “İçində deputatların olduğu avtomobil parlamentin həyətinə girən zaman, onların arxasınca içində terrorçuların olduğu minik avtomobili də həyətə girib. Terrorçulardan biri üzərindəki parlayıcı qurğunu partladıb. Daha 2 terrorçu isə parlamentin binasına giriblər və atışma başlayıb”. Amma “İnterfaks” agentliyinin mənbəsi ərazidə partlayış olmadığını bildirir. Ölənlərin sayı barədə də müxtəlif informasiyalar gəlir. Bəzi məlumatlara görə, terrorçular 4 nəfəri öldürüblər.


O, parlamentdəki mülki şəxslərin evakuasiya edildiyini, ərazinin mühasirəyə alındığını və xüsusi əməliyyat keçirildiyini bildirib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Çeçenistan rəhbəri Ramzan Kadırov da hadisə yerindədir.

Bəzi məlumatlara görə, atışma bir neçə dəqiqə davam edib. Hazırda atışmanın dayandığı xəbər verilir. Digər məlumatlara görə, atışma parlamentin spikerinin kabineti yaxınlığında gedir. Spiker Dukuvax Abdurrahmanov sağdır.

Bəzi agentliklər terrorçuların bir neçə nəfəri girov götürdüyünü bildirirlər. Terrorçular binadakı otaqlardan birinə sığınıblar. Onların əlində neçə nəfər girov olduğu bilinmir.

Ərazidə nələr baş verdiyi barədə dəqiq informasiya yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51