Dünyanın əcəl saatı işə düşdü!
05 mart 2010 12:15 (UTC +04:00)

Dünyanın əcəl saatı işə düşdü!

Şimal Buzlu okeanın buzlaşmış tavanı deşilib

Şimal Buzlu okeanın buzlaşmış tavanında dəliklər yaranıb və dənizin buzlaşmış tavanında sıxılmış vəziyyətdə olan təhlükəli miqdarda metan qazı atmosferə sızmağa başlayıb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, dəliklər okean tavanının Şərqi Sibir Arktik şelfi adlanan bölgəsindədir.

İqlimşünaslar və geoloqlar bildirirlər ki, metan ehtiyatlarının çox cüzi qismi belə atmosferə daxil olması ani və kəskin qlobal iqlim dəyişikliyinə yol açacaq. Qorxunun iki səbəbi var. Birincisi, bölgədə donmuş okean tavasında sıxılmış vəziyyətdə olan metan ehtiyatlarının həcmi çox böyükdür. İkincisi, metan bu gün qlobal iqlim dəyişikliyinin əsas səbəbi sırasında göstərilən karbondioksitdən 30 qat daha təsirlidir. Hazırda bu dəliklərdən sızan metan qazı dünyanın bütün okeanlarının tavalarından sızan metan qazına bərabərdir. Ancaq sızma artarsa, bu həcm dəfələrlə artacaq.

Dünyanın geoloji tarixində soyuq dönəmlərdə atmosferdə metan qazının həcmi 3/10 000 000, 4/ 10 000 000 nisbətində, isti dövrlərdə 6/10 000 000, 7/10 000 000 nisbətində olub. Ancaq Şimal Buzlu okeanın tavanında olan metan ehtiyatları atmosferə sızarsa, atmosferdə 18/ 10 000 000 nisbətindən də çox metan qazı olacaq.

Bölgədəki metan ehtiyatlarının hətta 1 faizi belə atmosferə daxil olarsa, atmosferdə metanın miqdarı 3-4 faiz artacaq. Bu da zəif baş verən qlobal istiləşmənin sürətlənərək bəşəriyyət üçün faciəvi iqlim dəyişikliyə yol açmasını şərtləndirəcək.

Rus alimlərinin apardıqları araşdırma zamanı Şimal Buzlu okeanın tavanında 100-dən çox dəlik aşkarlanıb. Donmuş tavan əriyir ki, bu da dəliklərin sürətlə artmasına və genişlənməsinə zəmin yaradır. Okean dərinliklərindəki metan qazı üzə çıxana qədər suda oksidləşərək, karbon oksidə çevrilir. Ancaq dəliklərin əksəriyyəti materikə yaxın yerlərdə olduğu üçün okeanda tam oksidləşmir və atmosferə daxil olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar

Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45
İstanbulda  QƏZA:  50-yə yaxın yaralı var

İstanbulda QƏZA: 50-yə yaxın yaralı var

11 may 2025 , 00:24
Pakistan və Hindistan atəşkəsə   razı oldu

Pakistan və Hindistan atəşkəsə razı oldu

10 may 2025 , 16:27