Ərdoğan evində gizli toplantı keçirdi
24 fevral 2010 19:15 (UTC +04:00)

Ərdoğan evində gizli toplantı keçirdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İspaniya səfərindən ölkəsinə döndükdən dərhal sonra Ankaranın Keçiörən rayonundakı evində toplantı keçirdiyi bəli olub.


Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, toplantıda baş nazirə yaxın olan vəzifə sahibləri – dövlət naziri və baş nazirin müavini Cəmil Çiçək, ədliyyə naziri Sadullah Ergin, daxili işlər naziri Bəşir Atalaya, Baş Nazirliyin müstəşarı Afkan Ala iştirak edib.


Toplantı təxminən bir saat yarım davam edib.


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında general və admiralların toplantısı ilə Ərdoğanın evindəki yığıncağın bir-birilə əlaqəsi olduğu güman edilir: yəni, onlar da generalların həbsilə bağlı toplanıblar...
# 452

Oxşar yazılar