Qərb yeni sanksiyanı müzakirəyə başlaycaq
22 fevral 2010 14:30 (UTC +04:00)

Qərb yeni sanksiyanı müzakirəyə başlaycaq

Suriyada İranın yolunu getmək istəyir
Martın 1-də Atom Enerdisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Vyanada keçiriləcək toplantısında İranın atom-nüvə proqrammı ilə bağlı qurumun müfəttişlərini hesabatı müzakirə ediləcək. Bu tarix yaxınlaşdıqca vəziyyət gərginləşir. Onu da qeyd edək ki, 2009-cu ilin oktyabrında İslam Respublikasına uran – yanacaq müdaliəsi təklifi ilə bağlı möhlət yanvarın sonunda bitib.
Ötən gün Fransanın baş naziri Fransua Fiyon isə bildirib ki, Tehran uranın zənginləşdirilməsini dayandırması qarşılığında nüvə yanacağı mübadiləsi təklifini qəbul etməzsə, o zaman yaxın həftələrdən birində Qərb dövlətləri İslam Respublikasına qarşı yeni sanksiyanı hazırlamağa başlayacaqlar.
O, Suriyaya səfəri zamanı deyib ki, rəsmi Paris AEBA-nın sonuncu hesabıtndan çox narahatdır. Məlum olduğu kimi agentlik ilk dəfə olaraq, aşkar şəkildə İranın hərbi xarakterli nüvə proqramının mövcudluğunu bəyan edib.
«Lent.az»-ın xarici informasiya vasitələrinə istinadən yaydığı xəbərə görə, Fransanın hökumət başçısı qeyd edib ki, İrana məsələ ilə bağlı bir neçə təklif edilib və İslam Respublikasının rəhbərliyi hamısından imtina edib. O, vurğulayıb ki, əgər onların mövqeyində dəyimşilki baş verməzsə, o halda Qərb dövlətləri yaxın müddət ərzində tədbirlər görməyə məcbur olacaq. Səfər zamanı Fransa hökumətinin başçısı Suriya rəhbərliyindən istəyib ki, İslam Respublikası ilə əlaqələrindən istifadə edərək, onu savaşa təhrikedəcək addımlar atmaqdan çəkindisin. Onun dediyinə əsasən, bölgəldə sülh İrandakı rejimin yürütdüyü siyasətdən asılıdır.
Onu da qeyd edək ki, Dəməşqə səfərində Fiyon Suriya hökuməti ilə aviasiya, kəndə təsərrüfatı, mədəniyyət, maarif və başqa sahələriə dair 11 müqavilə imzalayıb.
Suriyanın xarici işlər naziri Valid Müəllimin dedyinə görə, rəsmi Dəməşq İranın nüvə proqrammı üzrə Qərb dövlətləri ilə İslam Respublikası arasında konstruktiv danışıqları qaydasına salmağa çalışır. Suriyalı diplomat Qərblə İran arasında mövcud prolemin aradan qaldırılması üçün sanksiyanın tətbiqi çıxış yolu deyil. O, əlavə edib ki, Tehranın «atom bombası yaratması xəbəri əsassızdır». «İranın hərbi nüvə proqrammı yoxdur»-deyə, İranın «PressTV» saytı V.Müəllimin müsahibəsindən örnək verib.
Bu arada məlum olub ki, Suriyada AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina edib. Agentliyin hesabatında bildirilib ki, 2007-ci ildə İsrail qırıcıları tərəfindən bombardman edilmiş «əl-Kibar» obyektində atom silahının yaradılması ilə bağlı uran izi aşkarlanıb.
V.Müəllim onu da deyib ki, ölkəsi nüvə silahının yayılmaması müqaviləsinə sadiqdir və AEBA müfəttişləri verdikləri hesabata yenidən baxandan sonra onları obyektə buraxacaqlar. Rəsmi Dəməşq təmsilçisi bu bəyanatı Avstriyanın xarici işlər naziri Mixael Şpindelegerlə görüş zamanı verib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahnın rəisi general Nikolay Makarov ölkə TV-də çıxışı zamanı İraq və Əfqanıstanla yanaşı, üçüncü bir ölkəyə, İslam Respublikasına qarşı savaşla bağlı deyib :«ABŞ İranla müharibə aparsa kollapsa düşər». «Miqnyus»-un xəbərinə görə, rusiyalı general bildirib ki, Amerika bu «gərginliyə dözə bilməz».
İran XİN mətbuat xidmətinin katbi Ramin Mehmanpərəst AEBA-nın hesabatına münasibət bildirərkən, vurğulayıb ki, qurum «bir neçə dövlətin təzyiqinə təslim olmamalı, öz nüfuzunu qorumalıdır».

Xatırladaq ki, ötən gün AEBA müfəttişlərinin hesabatında bildirilib ki, İran uran ehtiyatını artırır, onu Tehrandakı araşdırma reaktoruna lazım olan yanacaq keyfiyyətində sürətlə zənginləşdirir.
Mütəxəssislərə görə, zəif zənginləşdirilmiş 630 kiloqram urandan atom silahı yaratmaq üçün 15-22 kq işlənə bilər . Müasir atom bombalarında 90 faizə qədər zənginləşdirilmiş 25 kq uran olur.
AEBA-nın başçısı Yukiya Amano qurumun mütəxəssislərinin əldə etdikləri nəticələri agentliyin martın 1-də Vyanada keçiriləcək iclasında açıqlayacaq.
Hesabatda İranın uranı 20 faizədək zənginləşdirməsi istiqamətində fəaliyyətə başladığı qeyd olunub. İlk dəfə olaraq, agentliyin təmsilçiləri bəyan edib ki, İran bu səviyyəli uranla nüvə başlıqları hazırlaya bilər. Bununla yanaşı müfəttişlər Nətənzdəki nüvə obyektində 8 minə yaxın sentrifuqadan təxminən yarısının işlək vəziyyətdə olduğunu bildiriblər.
Y.Amano bir müddət öncəki məruzəsində bildirmişdi ki, İran hakimiyyəti hələ də AEBA-nın bəzi suallarına cavab verməyib. «İndi, yaxud keçmişdə İran atom-nüvə proqamını gizlədib. Bu isə onun gizli şəkildə atom silahı ələdə etməsi narahatlığını yaradır»-deyən, qurumun sədri bildirib ki, 2004-cü ildən bəri İslam Respublikası hərbi məqsədli proqramını dəyişməyib. Xatırladaq ki, bir neçə il öncə ABŞ-ın xüsusi xidmət orqanları İranın nüvə proqramını dondurğu barədə məlumat yaymışdı.
Sədrəddin Soltan
# 434

Oxşar yazılar

İsrail İrana raket zərbəsi  endirdi

İsrail İrana raket zərbəsi endirdi

19 aprel 2024 , 06:22
Meksikada  güclü zəlzələ

Meksikada güclü zəlzələ

18 aprel 2024 , 23:14
Zelenskiyə  sui-qəsd   hazırlığının qarşısı alındı

Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı

18 aprel 2024 , 21:29
Hərbi helikopter qəzasında ölkənin baş komandanı  öldü

Hərbi helikopter qəzasında ölkənin baş komandanı öldü

18 aprel 2024 , 20:36
Baydenin dayısını  adamyeyənlər   yeyib -  İDDİA

Baydenin dayısını adamyeyənlər yeyib - İDDİA

18 aprel 2024 , 15:35
Dünyanın sonundan  qorxub ofisianta külli miqdarda bəxşiş verdi

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

18 aprel 2024 , 14:29
"Miss-2024"ün finalçısı itkin düşdü

"Miss-2024"ün finalçısı itkin düşdü

18 aprel 2024 , 11:46
Bu ölkədə "TikTok"a giriş məhdudlaşdırılıb

Bu ölkədə "TikTok"a giriş məhdudlaşdırılıb

18 aprel 2024 , 08:26