![Tehranın körfəz hikkəsi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Tehranın körfəz hikkəsi
Körfəzin adına görə Tehran hakimiyyəti az qala ərəb dövlətlərinə qarşı müharibə etmək istəyir
İranın “Kish Air” aviaşirkətində işləyən yunan stüard körfəzin adını “Fars körfəzi” deyil, “Ərəb körfəzi” adlandırdığı üçün işdən çıxarılıb.
Lent.az-ın Press TV-yə istinadən məlumatına görə, İslam Respublikasının nəqliyyat naziri Həmid Bəhbəhani bildirib ki, İranın hava məkanına daxil olandan sonra heyət körfəzə “Fars körfəzi” deməzsə, o halda həmini təyyarənin İran sərhədlərini keçməsi yasaqlanacaq.
“Mehr” agentliyi xəbər verir ki, İslam Respublikasının immiqrasiya idarəsinin başçısı Qulamrza Rzaian “məsuliyyətsizliyə və nalayiq davranışa görə” yunana verilmiş oturum izninin ləğv edildiyini və Kiş şəhərində polis tərəfindən dindirildiyini bildirib.
Xatırladaq ki, ərəblərin “Ərəb körfəzi”, farsların “Fars körfəzi” adlandırdığı bu su ərazisi tarixən Kəngər körfəzi adlanıb.
Yeri gəlmişkən, bu ilin yazında “İslam həmrəyliyi idman oyunları”nın keçiriləcəyi gözlənilirdi. “Associated Press”in məlumatına görə, bu tədbir İran İslam Respublikasının ucbatından təxirə salınıb. İslam ölkələri həmrəylik oyunları federasiyasından bildiriblər ki, İran yarışmaların loqosunda “Fars körfəzi” yazılması iddiası ilə çıxış edib. Səudiyyə Ərəbistanının təmsilçiləri medalların və mükafatların üzərindən “Fars körfəzi” ifadəsinin yığışdırılmasını tələb etmiş və bildirmişdilər ki, onun yerinə ya “Ərəb körfəzi”, ya da sadəcə, “Körfəz” yazılmalıdır.
Qeyd edək ki, “İslam ölkələri həmrəylik idman oyunları”ının keçirilməsi ilə bağlı İslam Konfransı Təşkilatı 2001-ci ildə qərar qəbul edib. İlk oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında gerçəkləşdirilib. Onda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla, 53 müsəlman ölkəsindən 6,5 min idmançı həmrəylik yarışmasına qatılmışdı. Bu il keçirilməsi planlaşdırılan yarışma isə əslində, ötən ilin oktyabrında gerçəkləşməli idi.
Sədrəddin Soltan

Oxşar yazılar
![Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu](https://lent.az/storage/news/2025/february/06/big/67a47840a4acb67a47840a4acc173883193667a47840a4ac967a47840a4aca.jpg)
Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu
6 fevral 2025 , 13:38![Bu şəhər işğal olundu: yüzlərlə qadını zorlayıb yandırdılar](https://lent.az/storage/news/2025/february/06/big/67a4680ca8c9467a4680ca8c95173882778867a4680ca8c9267a4680ca8c93.jpg)
Bu şəhər işğal olundu: yüzlərlə qadını zorlayıb yandırdılar
6 fevral 2025 , 13:24![Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi](https://lent.az/storage/news/2025/february/06/big/67a41f633b11a67a41f633b11b173880918767a41f633b11867a41f633b119.jpg)
Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi
6 fevral 2025 , 06:31![Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir](https://lent.az/storage/news/2025/february/06/big/67a410d9987e767a410d9987e8173880546567a410d9987e567a410d9987e6.jpg)
Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir
6 fevral 2025 , 05:29![ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu](https://lent.az/storage/news/2025/february/06/big/67a4020c106ee67a4020c106ef173880167667a4020c106ec67a4020c106ed.jpg)
ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu
6 fevral 2025 , 04:26![ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı](https://lent.az/storage/news/2025/february/05/big/67a3abdd1082767a3abdd10828173877961367a3abdd1082567a3abdd10826.webp)
ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı
5 fevral 2025 , 22:20![Şahzadə IV Kərim Ağa Xan vəfat etdi](https://lent.az/storage/news/2025/february/05/big/67a2ebfc34aaf67a2ebfc34ab0173873049267a2ebfc34aad67a2ebfc34aae.jpg)
Şahzadə IV Kərim Ağa Xan vəfat etdi
5 fevral 2025 , 08:38![Paşinyan Azərbaycanla sərhəddə yerləşdirilən Aİ missiyasından danışdı](https://lent.az/storage/news/2025/february/05/big/67a2c551bbbce67a2c551bbbcf173872059367a2c551bbbcc67a2c551bbbcd.webp)