Arvadı ilə dostunun görüntüsü yayılan polkovnik intihar etdi
09 fevral 2010 13:30 (UTC +04:00)

Arvadı ilə dostunun görüntüsü yayılan polkovnik intihar etdi

Türkiyə Hərbi Dəniz Qüvvələrinin polkovniki özünü güllələyib

Həyat yoldaşının dostu ilə cinsi əlaqədə olduğunu əks etdirən video görüntülərin internetdə yer alması Türkiyə Hərbi Dəniz Qüvvələrinin polkovniki Bərk Ərdənin intiharına səbəb olub.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Bərk Ərdən dünən saat 16.30 radələrində İzmirdəki hərbi şəhərcikdə yaşadığı mənzildə tapançasından başına atəş açıb.


Qeyd edək ki, internetdə yayılan görüntüdə polkovnik Bərk Ərdənin xanımı ilə cinsi əlaqədə olan A.Ö. də polkovnikdir.


Məlumat üçün deyək ki, son dövrlər Türkiyə ordusunun 6 hərbçisi müxtəlif səbəblərdən intihar edib. Hərbi prokurorluq bu intiharlarla bağlı geni araşdırma aparır.
# 798

Oxşar yazılar