Suriyadakı kürdlər müxalifətə qarşı
30 noyabr 2012 00:11 (UTC +04:00)

Suriyadakı kürdlər müxalifətə qarşı

İraq və Suriyadakı qarışıqlıqlar daha çox həmin dövlətlərdəki kürd yaraqlılarının xeyrinə işləməkdədir.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, terrorçu PKK-nın Suriyadakı təmsilçisi kimi tanınan Demokratik Birlik Partiyasının silahlı qanadı «Xalq Müdafiə Birlikləri» İraqın şimalının idarə edən Məsud Bərzaninin Suriyada «Kürd ordusu qurulması» ilə bağlı istəyini qəbul edib.

İraqın Ərbil şəhərində kürd siyasiləri və yaraqlılarının keçirdiyi «Kürdlərin Ali Şurası»nın toplantısında «kürdlərin yaşadığı bölgələri birlikdə idarəetmə və birləşmiş kürd ordusunun qurulması» məsələsində anlaşılmışdı.

Suriya ordusundan qaçaq kürdlər İraqa sığınaraq, oradakı yaraqlılar tərəfindən təlimatlandırılıb. İndi onlar Suriyaya göndərilir.

Suriya Milli Kürd Şurasının üzvü Nuri Birimi deyib ki, bu ölkədəki kürdlər ikinci ən böyük etnik qrupdur:«Biz şura olaraq, kürdlərin Suriyada ikinci etnik qrup olduğunun qəbul edilməsini və haqlarının tanınmasını tələb edirik. Bu tələbimiz qəbul edilməyənədək müxalifətə qatılmayacağıq. Ancaq onlar bu tələbimiz qəbul etmədilər. Onlar bizə Əsəd devrildikdən sonra qurulacaq azad parlamentin bu məsələdə qərar verəcəyini söylədilər. Tələbimiz qəbul edilməyənədək biz ora təmsilçi göndərməyəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar