İraq hakimiyyəti ölkənin şimalını mərkəzə tabe etmək istəyir
22 noyabr 2012 07:39 (UTC +04:00)

İraq hakimiyyəti ölkənin şimalını mərkəzə tabe etmək istəyir

İraqın mərkəzi hakimiyyəti ilə ölkənin Şimalındakı kürd idarəçilər arasında gərginlik artmaqdadır.

İraq Ordusu Quru Qoşunlarına aid bir hərbi hissə ölkənin Himrin dağları yaxınlığına yerləşdirilib. Başqa bir hərb hissə isə Uzeym ətrafına cəmlənib.

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumata əsasən,35 tank, ağır və orta silahla silahlanmış 100-ə yaxın əsgərində bu istiqamətə göndərilib.

Kərkükdəki qoşunun komandanı Şerko Fatih Şimani daha bir neçə alayın da hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
İraqın mərkəzi hakimiyyəti tərəfindən aparılan hazırlıq qarşılığında ölkənin şimalındakı kürd hökuməti də «peşmərgə»ləri (kürdlərin yaraqlıları belə adlanır) də bir nömrəli hərbi hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki,son günlər İraqın Şimalındakı kürd hökuməti ilə rəsmi Bağdad arasında gərginlik günü-gündən artmaqdadır. Bir müddət öncə baş nazir Nuri əl-Maliki şimaldakı kürd hökumətə neftin mərkəzi hakimiyyətin xəbəri olmadan satılmasına qarşı çıxmışdı. O, kürd silahlılarının rəsmi orduya tabe olmasını da tələb etmişdi.

Ötən gün isə İraq ordu ilə kürd yaraqlıları arasında baş vermiş atışma nəticəsində 12 nəfər həlak olmuşdu.

Bir çox mütəxəssislər İraq hakimiyyəti ilə ölkənin şimalındakı kürd idarəçiləri arasında silahlı qarşıdurmanın əsas səbəblərindən birinin neft olduğunu bildirirlər. Çünki kürd hökuməti Mosul və İraqın şimalındakı başqa neft yataqlarından hasil olunan xammalı müstəqil şəkildə satır, buna görə rəsmi Bağdada hesabat vermir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117

Oxşar yazılar