Moldovada keşişlərə KİV-lə sərbəst təmas yasaqlanıb
15 noyabr 2012 05:37 (UTC +04:00)

Moldovada keşişlərə KİV-lə sərbəst təmas yasaqlanıb

Moldova Pravoslav kilsəsisinin idarə heyətinə daxil olan keşişlərin jurnalistlərlə müstəqil şəkildə təmas saxlaması məhdudlaşdırılıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu haqda qərar Siondun (kilsənin baş aparatı) yığıncağında qəbul olunub.
Keşişlər KİV-ə açıqlama verməzdən öncə, onu mitropolla razılaşdırmaıldır. Əks halda onlara «inzibati sanksiya» tətbiq ediləcək.
Modovadakı Pravoslav kilsəsinin rəhbərləri hesab edir ki, indiyə kimi onlara qarşı «qarayaxmalarda» keşişlərdən və kilsədə çalışanlardan istifadə edilib. Bununla da Moldovadakı Pravoslav kilsəsinin «imicinə zərbə vurulub».

Mənbənin məlumatına əsasən, Müqəddəs Fyodr kilsəsinin başçısı paytaxt Kişinyovda bir neçə evin sahibidir. Moldova və Kişinyovun mitropolu Vladimirin isə 150 min avroluq «villası» var. Kilsə rəhbərliyi bu iddiaları rədd edib.

Keşiş İoan Kerpninianu isə bunları bildirib:«Moldovadakı 1500 keşiş çoxu çətin durumda yaşayır. Onların çox az bir hissəsi var-dövlət içində üzür».
# 644

Oxşar yazılar