Bir ildə 70 tibetli özünü yandırıb
13 noyabr 2012 06:21 (UTC +04:00)

Bir ildə 70 tibetli özünü yandırıb

Ötən gün Çinin şimal-qərbində daha iki tibetli özünü yandırıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay Tsinxay əyalətində, əvvəllər oxşar etiraz aksiyasının keçirildiyi ərazidə baş verib.

Çinli ictimai fəalların dediyinə əsasən, iki nəfər bu olay ötən həftə özünü Pekin hakimiyyətinə etiraz olaraq, yandırmış qadının dəfn mərasimində həyata keçirib.
Çinin Xarici İşlər Nazirliyi isə yenə də Dalay-Lamanı suçlayıb. Onların qənaətincə, o, insanları özlərini yandırmağa təhrik edir. Ötən ildən bəri Tibetdə 70 özün yandırma aksiyası gerçəkləşdirilib.

Yaponiyaya səfəri zamanı Dalay Lama bildirib ki, Çin hakimiyyəti bu hadisələrin baisidir və Pekin problemi həll etməkdənsə, onu ittiham etməkdə daha maraqlı görünür.

Qeyd edək ki, Çinin Tibeti idarə etməsinə etiraz olaraq, tibetlilər özünü yandırır.
# 577

Oxşar yazılar