Katolik dünyası şokda!... – FOTO
12 noyabr 2012 19:42 (UTC +04:00)

Katolik dünyası şokda!... – FOTO

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində bir xəstəxananın pəncərə şüşəsində İsa peyğəmbərin anası Məryəmin görüntüsü ortaya çıxıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, katoliklərin böyük marağına səbəb olub.


Malayziyanın dörd bir tərəfindən yüzlərlə insan bu “möcüzə”-ni görmək üçün “Sime Darby” Tibb Mərkəzinə axışıb. Xəstəxananın yeddinci mərtəbəsindəki pəncərədə Məryəmi gördüklərini söyləyən malayziyalılar növbəti iki pəncərədən sonra İsa peyğəmbərin də görüntüsünün ortaya çıxdığını iddia ediblər. Məryəmin görüntüsü olan pəncərənin fotoşəkilləri sosiala şəbəkədə sürətlə yayılıb. Xəstəxananın qarşısına yığışan malayziyalılar şamlar yandırmağa, dualar oxumağa başlayıblar.


Malayziyada katoliklərin mətbu orqanı olan “The Herald”-ın baş redaktoru Peder Lavrence Andrev deyib ki, kilsə görüntüləri və şahidlərin müşahidələrini araşdıracaq: “Bunlar xüsusi durumlar ola bilər. Bu insanların xəyal görmədiyi, görüntülərin gerçəkdən ortaya çıxdığını dəqiqləşdirməmiz lazımdır”.

Xəstəxananın yaxınlığındakı binalardan birində yaşayan Eunice Fernandez bildirib ki, Məryəmin onlara bir mesajı olduğuna inanırlar: “Eyni zamanda İsa peyğəmbəri də görürük. Davamlı olaraq yerlərini dəyişirlər”.

Xəstəxana rəhbərliyi hələ məsələ ilə bağlı açıqlama verməyib.
# 3538

Oxşar yazılar