Haitidə subasma fəlakəti: 17 ölü
12 noyabr 2012 10:47 (UTC +04:00)

Haitidə subasma fəlakəti: 17 ölü

Leysan yağışlar Haitinin şimalında subasmaya yol açıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, çayların məcrasından çıxması ilə əlaqədar 1500 nəfər evini tərk edib, ən azı 17 nəfər həyatını itirib.

Qeyd edək ki, təbii fəlakətlər Haitidə 2 ildir ki, davam edən vəba epidemiyası ilə mübarizəni çətinləşdirir. Epidemiya 7 min 626 nəfərin həyatına son qoyub, 600 mindən çox insan bu xəstəliyə yoluxub. “Sendi” qasırğasının ölkəni vurmasından sonra vəbaya yoluxanların sayı kəskin artıb. Qasırğa vəba ilə mübarizə üzrə ixtisaslaşmış 20 tibbi mərkəzi də dağıdıb. “Sendi” qasırğası Haitidə kənd təsərrüfatı sahələrinin 25 faizini məhv edib, 2 milyon insanı aclıq təhlükəsi gözləyir.
# 765

Oxşar yazılar