Pekinə etiraz edən 7-ci tibetli özünü yandırıb
11 noyabr 2012 06:50 (UTC +04:00)

Pekinə etiraz edən 7-ci tibetli özünü yandırıb

18 yaşlı tibetli Çin Xalq Respublikasının Tibeti idarə etməsinə etiraz olaraq, özünü yandırıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu son həftədə 7-ci olaydır.

Çin Kommunist Partiyasının 18-ci qurultayı günü 4 nəfər, o cümlədən 3 yeniyetmə monax da bu məsələ ilə bağlı özünü yandırmışdı.

Növbəli özünü yandırmaqla intihar hadisələri Tibetdə yeni kütləvi etiraz nümayişlərinin keçirirlməsinə səbəb olub.

Rəsmi Pekin iddia edir ki, tibetlilərin vicdan azadlığı təmin olunur.Hakimiyyət baş verənlərə görə hazırda sürgündə yaşayan Tibet Dalay-Lamasını günahlandırır.

Ötən həftə BMT-nin ali komissarı Navi Pilay Çin hakimiyyətini özünü yandıran etnik tibetlilərin yaşadığı bölgədə monitorinq keçirilməsinə icazə verməyə və Kütlvəi İnformasiya Vasitələrini ora buraxmağa çağırıb.
# 818

Oxşar yazılar