Portuqaliyada hərbçilər etiraz mitinqi keçirib
11 noyabr 2012 05:49 (UTC +04:00)

Portuqaliyada hərbçilər etiraz mitinqi keçirib

Portuqaliyada minlərlə hərbçi Lissabonda nümayiş keçirib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar gələn il üçün nəzərdə tutulan dövlət büdcəsində hərbi xərclərin azaldılmasına etiraz edir.

Hərbçilər xidməti sahədə fəaliyyətləri ilə bağlı onlara tətbiq ediləcək yeni məhdudiyyətlərdən də narazıdır.

Xatırladaq ki, ötən həftə Portuqaliya hakimiyyəti beynəlxalq maliyyə yardımı almaqdan ötrü yeni büdcə layihəsini təsdiqləyib.
# 704

Oxşar yazılar