Hacı olmaq üçün piyada 5697 km yol getdi - FOTO
26 oktyabr 2012 15:45 (UTC +04:00)

Hacı olmaq üçün piyada 5697 km yol getdi - FOTO

Ötən ilin dekabrında Həcc səfərinə başlayan bosniyalı Senad Hadzic səfərini pay-piyada başa vurub. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Bosniya-Herseqovinadan olan 47 yaşlı müsəlman Hadzic Bosniyanın şimal-şərqindəki Banovici şəhərindəki evini dekabr ayında tərk edib. O, Bosniya, Serbiya, Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanından keçərək 5697 kilometr məsafə qət edib və nəhayət bir neçə gün öncə Məkkəyə çatıb.


Hadziç evindən cəmi 200 avro ilə çıxıb. Gecələri məscidlərdə, parklarda, bəzən də küçələrdə atıb. “Mən 7 ölkə, iki səhra keçdim. Və nəhayət arzuma çatdım” - deyə o, bildirib.
# 1732

Oxşar yazılar