Kubanı “Sendi” vurdu: 11 ölü
26 oktyabr 2012 12:08 (UTC +04:00)

Kubanı “Sendi” vurdu: 11 ölü

Oktyabrın 15-də Kubanı “Sendi” qasırğası vurub. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qasırğa Kubanın Santyaqo-de-Kuba və Olqin əyalətində ən azı 11 nəfərin ölümünə səbəb olub.

Gücü saatda 190 kilometrə çatan külək və leysan yağışla müşahidə olunan qasırğa onlarla elektrik dirəyi yıxıb, yüzlərlə ağacı kökündən çıxarıb.
# 815

Oxşar yazılar