İtaliyada 5,3 bal gücündə zəlzələ
26 oktyabr 2012 12:07 (UTC +04:00)

İtaliyada 5,3 bal gücündə zəlzələ

Bu gecə saat 3:05 radələrində İtaliyanın cənubunda 5,32 bal gücündə zəlzələ baş verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kozentsa əyalətində, Morano-Kalabro şəhərindən 5 kilometr kənarda, 3,8 kilometr dərinlikdə yerləşib.
Dağıntıların olması, 1 nəfərin ürəktutmasından ölməsi barədə məlumat daxil olub. Morano-Kalabro şəhərin sakinləri gecə küçələrə axışıb, səhərə qədər tiklilər olan ərazilərdən uzaqda durmağa üstünlük veriblər.
# 735

Oxşar yazılar