Mayyalardan qəti cavab: 2012-ci il dekabrın 21-də qiyamət qopmayacaq
26 oktyabr 2012 07:35 (UTC +04:00)

Mayyalardan qəti cavab: 2012-ci il dekabrın 21-də qiyamət qopmayacaq

Son illər «2012-ci il dekabrın 21-də qiyamət qopacaq» - deyənlərə oktyabrın 25-də cavab verilib.

Məlum olduğu kimi bu məsələdə ən çox mayyaların adı hallanırdı.

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, mayyaların törəmələrinin keçirdiyi toplantıda onlar tayfa adından belə fikrilərin söylənilməsini özlərinə və soylarına qarşı «sayğısızlıq kimi» dəyərləndiriblər.

Oxlaljuj Ajpop adlı icmanın lideri Filipe Qomez məsələ ilə bağlı sərt danışıb:«Yalanlara, şayiələrə və gerçəklərin təhrifinə qarşı səsimiz ucaldırıq. Təqvimimizdəki zaman dəyişməsi ilə bağlı söylənilənlərin hamısı yalandır».

O, bu sayaq çıxışları «turizmlə bağlı bir fəaliyyət olaraq» dəyərləndirib

Mənbənin bildirdiyinə görə, Qvatemala əhalisinin yarısına yaxını mayya kökənlidir.

Qiyamətin qopacağı haqda fikrilərin gəzməsi də məhz ölkəyə turist axınını artırılması məqsədi ilə yayılıb. Bu zaman «vəziyyəti yerində öyrənmək istəyənlər» Qvatemalaya mayyaların yanına gəlir, onları axtarırlar və s.

F.Qomez 2012-ci il dekabrın 21-də dünyanın sonunun gəlməyəcəyi və adi təqvim dəyişikliyinin olacağını söyləyib.
# 5069

Oxşar yazılar