ABŞ-la İran danışıqlara başlaya bilər
21 oktyabr 2012 04:20 (UTC +04:00)

ABŞ-la İran danışıqlara başlaya bilər

Amerika ilə İran İslam Respublikası arasında danışıqların başlayacağı haqda ara-sıra xəbərlər yayılır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obamanın adminstrasiyasından bildirilib ki, Tehranın nüvə fəaliyyəti ilə bağlı iki ölkə arasında danışıqlara başlanmasına dair razılıq əldə edilib.

Bu xəbər Obama ilə onun rəqibi Romni arasında prezident seçkisiqabağı sonuncu debat öncəsi açıqlanıb. Həmin debat ABŞ-ın milli təhlükəsizliyinə həsr ediləcək.

Ağ ev təmsilçisinin sözlərinə əsasən, ABŞ-da prezidentin andiçməsindən sonra İran danışıqların ilkin mərhələsində iştirak edəcək.
Sədrəddin Soltan
# 1319

Oxşar yazılar