Rusiya Türkiyədən izahat tələb etdi
11 oktyabr 2012 14:39 (UTC +04:00)

Rusiya Türkiyədən izahat tələb etdi

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Aleksandr Lukaşeviç bəyan edib. Aleksandr Lukaşeviç deyib ki, Türkiyə hakimiyyəti oktyabrın 10-dan 11-ə keçən gecə Moskva-Dəməşq reysi ilə uçan Suriyaya məxsus mülki təyyarəni Ankara aeroportuna enməyə məcbur edib: “Narahatlıq doğuran odur ki, bu vəziyyət aralarında 17 Rusiya vətəndaşının da olduğu sərnişinlərin həyatlarını təhlükə altında qoyub. Türkiyə tərəfi təyyarədə Rusiya vətəndaşlarının da olduğu barədə Ankaradakı səfirliyimizi məlumatlandırmayıb, bunu elektron KİV-lərdə yazılanlardan öyrənmişik. Səfirliyimiz Türkiyə hakimiyyətindən vətəndaşlarımızla görüşə şərait yaratmağı tələb edib, aeroporta konsulluq işçiləri və həkim göndərilib. Lakin Türkiyə hakimiyyəti səbəbini izah etmədən və ikitərəfli Konsulluq Konvensiyasını pozaraq diplomatların vətəndaşlarımızla görüşünə icazə verməyib. Vətəndaşlarımız 8 saat aeroport binasından buraxılmayıb, ərzaqla təmin edilməyiblər”.

O bildirib ki, Moskva rəsmi Ankaranın nə üçün belə davrandığını aydınlaşdırmaqda israr edəcək və gələcəkdə belə olaylara yol verilməməsi üçün tədbirlər görəcək.
# 1292

Oxşar yazılar

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22