Tiflis müxalifəti «Azadlıq» meydanında -Yenilənir
“Biz mütləq Avropa Birliyinin layiqli üzvü olacağıq, biz mütləq NATO-ya daxil olacağıq”. Bir qədər əvvəl bu barədə “Gürcü arzusu” siyasi blokunun lideri Bidzina İvanişvili xanımına məxsus «9kanal» telekanalına açıqlamasında bildirib. İvanişvili rəqibləri barədə də danışıb və qeyd edib ki, Gürcüstanın gələcəyi naminə onlarla da əməkdaşlığa hazırdırlar.
“Gürcü arzusu”nun parlamentdəki «150 yerdən azı 100-ünü tutduqları»nı deyən İvanişvili təfədarlarına növbəti dəfə müraciət edərək, seçkilərin rəsmi nəticələrini gözləməyi xahiş edib.
Bu arada MSK sədri Zurab Xaratişvili keçirdiyi brifinqdə seçicilərin 61 faizindən çoxunun seçkidə iştirak etdyiyini bildirib. MSK sədri onu da qeyd edib ki, ilkin nəticələr səhərə yaxın bəlli olacaq.
****
“Gürcü arzusu” siyasi blokunun lideri Bidzina İvanişvili tərəfdarlarını qələbəni bayram edərkən emosiyalara qapılmamağa, təmkinli olmağa və sakitliyə çağırıb.
Seçkidə qələbəni təkcə “Gürcü arzusu” yox, «bütün gürcü xalqının da qazandı»ğını söyləyən İvanaşvili əlavə edib: «Ancaq sizdən bir xahişim var. Heç bir təxribata uymayın. Aqressiya nümayiş etdirməyin. Heç nəyi sındırmayın».
***
23.39
“Bu dəqiqələrdəTiflisin küçələrində insan axından tərpənmək olmur. Şəhərin bütün mərkəzi küçələri insanlarla doludur. “Gürcü arzusu” Partiyasının tərəfdarları maşınlarla və piyada meydana axışır, bayram edirlər. Ətrafda polis gözə dəymir. İnsanlar sevinc içərisində bir-birini qucaqlayır, çaxıra qonaq edirlər”.
Bu barədə hazırda Tiflisin «Azadlıq» meydanında olan müxbirimiz Səbuhi Məmmədli xəbər verir.
Müxbirimizin dediyinə əsasən, «Azadlıq» meydanına yığışan insanlar MSK-nın ilkin rəsmi açıqlamasını gözləyir.
***
22.33
Lent.az-ın Tiflisə ezam olunmuş xüsusi müxbiri Səbuhi Məmmədli Gürcüstanda keçirilən parlament seçkisinin nəticələri ilə bağlı xəbərləri verməkdədir.
Müxbirimizin məlumatına əsasən, Tiflisin mərkəzi küçələrində seçkinin gedişi ilə bağlı iri monitorlar yerləşdirilib. Oradan ekzit-polun nəticələrini də müşahidə edənlər arasında şəhərin «Azadlıq» meydanına gedənlər müşahidə olunur.
Mənbəmizin bildirdiyinə görə, ora «Gürcü arzusu» müxalifət bloku liderlərinin də gələcəyi gözlənilir.

Oxşar yazılar

Naməlum şəxs beş nəfəri güllələdi - YENİLƏNİB
29 iyul 2025 , 07:30
Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi
28 iyul 2025 , 22:40
SEPAH generalının qızı atasının necə öldürüldüyünü AÇIQLADI
28 iyul 2025 , 17:55
Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50