Obama: «Mən İsrailin İranla bağlı narahatlığını başa düşürəm»
ABŞ prezidenti Barak Obama Fələstin məsələsində Vaşinqtondan konkret mövqe tələb edən İsrailin baş naziri Benyamin Netanyahuya sərt cavab verib.
İsrail hökumət başçısının Fələstinlə münaqişənin həllində danışıqların dalana dirəndiyi və vəziyyətin getdikcə gərginləşdiyi ilə bağlı bəyanatlarını Amerika lideri süni hay-küy adlandırıb. Barak Obama deyib ki, söhbət ABŞ-ın milli təhlükəsizliyi və mənafeyindən gedirsə, yalnız Amerika xalqı üçün doğru olan qərarı qərar verməklə bağlı təzyiqlərə boyun əyə bilər. Bundan başqa istənilən məsələyə Birləşmiş Ştatlar prezidenti biganə yanaşacağını vurğulayıb.
Ağ evin indiki yiyəsi İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı münasibətinə də sərt reaksiya verib. Amerikanın “60 dəqiqə” adlı tədqiqat xarakterli proqımında çıxış edən Obama bildirib ki, İsrailin İranla bağlı mövqeyi başa düşüləndir, ancaq baş nazir Benyamin Netanyahunun inadkarlıqla bu ölkə üçün «qırmızı xətt siqnalı tələb etməsi hay-küydən başqa bir şey deyil».
“Mən İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı narahatlığını başa düşürəm. İranının nüvə silahı əldə etməsi İsrail eləcə də, ABŞ və ümumilikdə, beynəlxalq ictimaiyyət üçün təhlükə ola bilər. Nəticədə isə nüvə müharibəsi başlaya bilər. Lakin beynəlxalq təhlükəsizlik məsələsində yalnız öz ölkəm üçün doğru olan addımları atacağam. Başqalarının hay-küyünə isə məhəl qoyan deyiləm” - deyə Obama bildirib.

Oxşar yazılar

Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47
Gürcüstan-Rusiya sərhədi nəqliyyat vasitələri üçün bağlandı - VİDEO
31 iyul 2025 , 22:10
"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırladı - VİDEO
31 iyul 2025 , 20:46