Abdulla Gülə iki ay ölkədən çıxmaq məsləhət görülmür
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Hacettepe Universiteti Xəstəxanasının yaydığı açıqlamada qeyd olunur ki, Abdulla Gül iki qulağında da daxili qulaqdan qaynaqlanan narahatlıqla bağlı 5 gün də xəstəxanada müalicəsinə davam edəcək.
Həkimlər Türkiyə prezidentinin avqustun 30-da keçiriləcək bayram tədbirlərinə qatılmamasını da tövsiyə edib. Hacettepe Universitetinin rektoru professor Murat Tuncer deyib ki, avqustun 27-də axşam saatlarında fərqli xəstəxanaların akademiklərinin iştirakı ilə toplantı keçirilib, Abdulla Gülün son sağlıq durumu müzakirə olunub. Həkimlər prezidentin səhhətinin önəmli dərəcədə yaxşılaşdığını bildiriblər. O, Abdulla Gülün müalicəsinin daha 5 gün xəstəxanada aparılmasına da qərar verdiklərini söyləyib.
Həmçinin, Türkiyə prezidentinə 2 ay ərzində xarici səfərlərini təxirə salması da məsləhət görülüb.

Oxşar yazılar

Tramp Prezident İlham Əliyevin çıxışını yenidən paylaşdı
8 avqust 2025 , 23:12
Keniyada təyyarə zürəfə ilə toqquşdu
8 avqust 2025 , 22:22
Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00