Qışda  papaq taxmaq  saçları tökür - DERMATOLOQ
17 dekabr 2022 14:44 (UTC +04:00)

Qışda papaq taxmaq saçları tökür - DERMATOLOQ

“Qışda yanlış seçilmiş papaq, şapka saçın tökülməsinə səbəb ola bilər”.

Lent.az xəbər verir ki, bu sözləri dermatoloq Tatyana Eqorova müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, papağın kiçik ölçülü olması beyin qan dövranını pozur və saçları zədələyir.

Dermatoloq, həmçinin onların materialına da diqqət etməyi məsləhət görüb:

“Pambıq materiallı papaqlara, şapkalara üstünlük verin. Sintetikdən hazırlanan papaqlar saçları elektrikləndirir, hüceyrə membranlarını məhv edir. Nəticədə saçlar daha sürətli tökülməyə başlayır”.

Həkim qanda dəmir və hemoqlobin səviyyəsinin aşağı olmasının da saç tökülməsinə səbəb ola biləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Sevinc Fərid

Oxşar yazılar