Qışda nələr dəbdə olacaq? AÇIQLANDI
19 noyabr 2022 10:57 (UTC +04:00)

Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

“TikTok” sosial platformasında məşhur olan bloqerlərdən biri qışın ən dəbli paltarlarını açıqlayıb.

Lent.az-ın məlumatına görə, “level blue” ləqəbli bloqer yun paltoları qış üçün ən dəbli geyim hesab etdiyini deyib.

Bununla bağlı videonu o, şəxsi “TikTok” səhifəsində paylaşıb. Belə ki, 132 mindən çox abunəsi olan bloqer yun palto almağın vacibliyindən danışıb:

“Belə paltolar insanları ucuz sintetik materiallı geyimlərdən daha çox isidir. Həmçinin, paltolar daha eleqant görünməyinizə şərait yaradır”, - deyə o bildirib.

Bundan əlavə, bloqer kaşmir corablarla geyilə bilən hündür çəkmələrə üstünlük verməyi məsləhət görüb. O, həmçinin qış qarderobunuzda jiletlərin, pencəklərin və qalın jaketlərin olmasını tövsiyə edib. "TikToker" bunların həm sizi dəbli göstərəcəyini, o cümlədən isti saxlayacağını da xüsusilə vurğulayıb. Amma təbii ki, onları düzgün kombin etməkdə fayda var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Oxşar yazılar