Bu ilin trend payız ayaqqabıları  hansılardır? - FOTO
10 oktyabr 2022 09:39 (UTC +04:00)

Bu ilin trend payız ayaqqabıları hansılardır? - FOTO

Bu ilin payız ayı üçün dəbli olan ayaqqabılar açıqlanıb. 

Lent.az xəbər verir ki, bu barədə “The Symbol” saytında məlumat dərc olunub. 

Məlumata görə, bu sezon qalın altlıqlı “loafers” düz ayaqqabılar trenddir. Mütəxəssislərin fikrincə, bu ayaqqabıları rəsmi və qeyri-rəsmi görüşlərdə, habelə gündəlik həyatımızda rahatlıqla istifadə etmək olar. 

Rəng seçiminə gəldikdə isə qara çalarlı ayaqqabıların bu il də ön planda olacağı gözlənilir. Bununla belə, parlaq rəngli və ya müxtəlif rəngli saçaqlarla bəzədilmiş ayaqqabılar da trendlər arasındadır. 

Modelyerlər “loafers” modelli ayaqqabıları əsasən qısa yubka və yüksək boğazlı corablarla kombin etməyi tövsiyə edirlər. Belə kombinlər həm şıq, həm də daha gənc görünməyə kömək edir. 

Bundan əlavə, “Balenciaga” sivri uclu çəkmələr, metal ipli stillettolar da dəbdə olan ayaqqabılar arasındadır. 


 

# 4299
avatar

Sevinc Fərid

Oxşar yazılar