"Bob" saç düzümü uzun illər gündəmdən heç nə itirməsə də, pandemiyada taxtını uzun saçlara buraxdı. Ancaq bu sərin saç düzümü moda səhnəsindən uzaqlaşmadı.
Lent.az xəbər verir ki, Kourtney Kardashiandan Kaia Gerberə qədər bir çox məşhurun təsdiqi ilə “bob 2022-ci il”də böyük bir geri dönüş edir.
Saçınızdakı dəyişikliklə yaya təzə bir başlanğıc etmək istəyirsinizsə, növbəti saç düzümünə ilham verəcək ən yaxşı “bob üslubları bunlardır.
Lent.az təqdim edir:
Qatlı və həcmli kəsim:
Kourtney Kardashian'ın bob kəsimi qısa saçlarla nə qədər seksual ola biləcəyinizi sübut edir. Arasına atılacaq qeyri-müəyyən təbəqələr saça əlavə həcm verir. Hətta Kaia Gerberin nisbətən nazik saçları bob kəsimi ilə olduqca həcmli görünür.
Əziyyətsiz dalğalar:
Çimərlik dalğalarının bob kəsiminə əlavə etdiyi əziyyətsiz dalğalar xüsusilə ruhlandırıcıdır.
Düzləşdir və ortadan ayır:
Saçı düzləşdirib ortadan ülgüc kəsiyi kimi ayırmaq mövsümün yüksələn trendlərindən biridir. O, həmçinin bob kəsimində üzünüzü vurğulayır və sərin görünüş təmin edir.
Retro:
Yan tərəfdən ayrılan və saç sancaqları ilə bəzədilmiş retro bob görünüşləri ən sadə gündəlik kombinasiyalarınıza belə “qlamurluq” qatacaq.
Yuyun və çıxın:
Hələ də əmin deyilsinizsə, keçək bob kəsimi ilə bağlı sevimli hissəmizə. Saç tipinizə uyğun kəsim və düzgün saç məhsulları ilə bob sizi heç vaxt yormaz. Heç bir emal tələb etmədən saçınızı yuyub evdən çıxarkən “bohem” zərifliyi yarada bilərsiniz.