Xoşbəxt əlaqənin ən dəqiq əlaməti  AÇIQLANDI
19 avqust 2024 13:07 (UTC +04:00)

Xoşbəxt əlaqənin ən dəqiq əlaməti AÇIQLANDI

Alimlər müəyyən ediblər ki, xoşbəxt münasibətin göstəricisi həyat yoldaşlarının və ya sevgililərin birlikdə keçirdikləri vaxt deyil.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticələrə bəziləri evli olan 5 mindən çox könüllünün iştirakı ilə 30 araşdırma aparan Kaliforniya Universitetinin tədqiqatçıları gəlib.

Araşdırmanın nəticələri “Journal of Social and Personal Relationships” elmi nəşrində dərc olunub. Mütəxəssisləri maraqlandırıb:

əlaqənin müddəti;

cüt davranış;

psixi və fiziki sağlamlıq;

özünə qulluq səviyyəsi.

Alimlərin qənaəti

Məlum olub ki, xoşbəxt cütlüklər əl-ələ tutaraq birlikdə keçirdikləri vaxta görə deyil, söhbətlərdə “biz” sözünü işlətmə tezliyinə görə seçiliblər.
Tədqiqatçıların fikrincə, “biz”, “bizə”, “bizim” və s. sözləri cütlükdə münasibətlərin müsbət inkişafından xəbər verir.

Belə bir fərziyyə var ki, eyni sözlər iki qəlbin vəhdətini gücləndirmək üçün bir vasitə ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777
avatar

Fidan İlqar

Oxşar yazılar