Vanda Nara ilə  eşq yaşamışdı:   Həbsdən çıxan keçmiş sevgilisi NƏ DANIŞDI?
24 sentyabr 2023 19:07 (UTC +04:00)

Vanda Nara ilə eşq yaşamışdı: Həbsdən çıxan keçmiş sevgilisi NƏ DANIŞDI?

Bir müddət Vanda Nara ilə görüntülənən və eşq yaşadığı iddia edilən reper L-Qante 6 ay həbsdə qaldığı müddətdən və keçmiş sevgilisindən danışıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, İkardi ilə ayrıldığı müddətdə L-Qante ilə münasibət quran Vanda Nara ilə bağlı məşhur reperdən gözlənilməz açıqlamalar gəlib. L-Qante 6 aylıq həbsdə olduğu müddətdə yaşadıqlarından danışarkən, İkardinin həyat yoldaşı Vanda ilə bağlı da etiraflar edib.

"The Run of the Show" verilişinin şərhçisi Fernando Piaggio Vanda Naranın L-Qantedən hamilə olduğunu iddia etmişdi.  

Məsələ ilə bağlı hər iki tərəfdən rəsmi açıqlama olmadığından iddia təsdiqini tapmayıb.

Argentinalı reper L-Qante açıqlamasında deyib: "Vanda hazırda Argentinada deyil, amma bilirəm ki, o, mənim üçün narahatdır. Vandaya hər mənada 10 xal verirəm (Gülür)".

L-Qante açıqlamalarını belə davam etdirib: "Hər zaman ünsiyyətdə olmasaq da, bəzən bir-birimizdən xəbər tuturuq. İndi münasibətimiz olmasa da, o, böyük insandır".

Vanda Nara "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə ayrıldığı dövrdə sosial media hesabında L-Qante ilə intim fotolarını yayımlayırdı.

Nara da əvvəllər məşhur reperin klipində iştirak edib və onların yataqda öpüşərkən görüntüləri yayımlanıb.

Argentinalı tabloid jurnalisti Xuan Etçeqoyenə görə, İkardi L-Qante ilə klipin fotolarını görəndə Naraya zəng edərək Türkiyəyə gəlməsini istəyib.

Məşhur reper son aylarda qatıldığı "La Noche de Mirtha" verilişində Vanda Nara ilə münasibətini bu sözləri ilə təsdiqləyib: "Gözəl, çox gözəl qadındır. Onu tanımağa başladım. Bir-birimizi tanımağa başladıq".

Chronicle HD-nin "The Run of the Show" proqramının şərhçisi Fernando Piaggio həmin vaxt Vanda Naranın yeni körpə gözlədiyini iddia etmişdi.

Piaggio da bu uşağın atasının Mauro İkardi deyil, L-Qante olduğunu və "Vanda Nara L-Qantedən hamilə qalıb" deyib.

Vanda Nara bir müddət əvvəl pərəstişkarlarının göz bəbəyi olan əri ilə hovuzda əylənərkən çəkdirdiyi anları sosial şəbəkədəki səhifəsində paylaşıb.

Sosial mediada “Qalatasaray”ın gəlini Vanda Naranın dəyişməsindən danışılır. Gözəlliyi ilə gündəmdə olan Vanda Nara estetik gözəlliyi də ortaya çıxıb!

"Sarı-qırmızılar"ın, hətta Superliqanın göz bəbəyi olan Mario İkardinin həm meneceri, həm də həyat yoldaşı olan Vanda Naranın keçmiş halı gündəm olub. Vanda Naranın ötən illərdəki estetiksiz görünüşü sosial şəbəkədə yayımlanıb. İstifadəçilər Vanda Naranın estetik görünüşünü görəndə çox təəccübləniblər.

Vanda Nara ötən aylarda səhhəti və ailəsi ilə birlikdə keçirdiyi çətin günlərlə bağlı diqqət çəkən açıqlamalar da verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6102
avatar

Oxşar yazılar