İngiltərənin Böyük Mançester qraflığının Partinqton şəhərindən olan ər və arvad 70 il birgə yaşayıblar və koronavirusa yoluxduqdan sonra 3 gün fərqlə fəfat ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Marqaret və Derek Firt uşaqlıqdan bir-birini seviblər. Onlar 1950-ci ildə evləniblər və 70 il birgə yaşayıblar.
2020-ci ildə 91 yaşlı ərlə arvad müxtəlif xəstəliklərdən xəstəxanaya yerləşdiriliblər. Həkimlər xəstələrin həyatından narahat olublar, Derek isə arvadının yanında olmaq istəyib. Sonradan hər ikisinin COVID-19-a yoluxduqları məlum olub.
50 yaşlı qızları Firt Barbara, atasının anasını ziyarət edərkən koronavirus xəstəliyinə tutulduğunu iddia edir.
Derek yanvarın 31-də vəfat edib, 3 gün sonra isə həyat yoldaşı dünyadan köçüb.