Türkiyəli şoumen Hasan Can Kaya və müğənni Hadisənin eşq yaşadığı iddia olunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı Hasan Can açıqlama verib.
O, Hadisə ilə aralarında heç bir şey olmadığını söyləyib:
“İddialar doğru deyil. Mən də xəbərlərdə gördüm. Gündə 14 saat film setindəyəm. Bu xəbər necə çıxdı bilmirəm. Onsuzda subay bir insanam. Elə bir şey olsa gizlətmərəm”.