Şahzadə Uilyam  müğənni Britni Spirslə sevgili olub?
16 sentyabr 2022 18:04 (UTC +04:00)

Şahzadə Uilyam müğənni Britni Spirslə sevgili olub?

İngiltərə şahzadəsi Uilyamın bir vaxtlar müğənni Britni Spirslə münasibəti olduğu ortaya çıxıb. 

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər saytı yazıb. 

Uzun illər bu haqda kifayət qədər şayiələr yayılmışdı. Amma hər zaman Bukingem Sarayı bu xəbəri təkzib edib. 

Məlumata görə, təxminən 20 il əvvəl Britni Spirs kral III Çarlzın oğlu Şahzadə Uilyamla gizli münasibət yaşayıb. Hətta 2002-ci ildə müğənni Spirs Britaniyaya qastrol səfəri zamanı Uilyamın onu görüşə dəvət etdiyini deyib. 

Müğənni 20 yaşında "Bir az telefonla danışdıq və o, gəlib məni görmək istədi. Lakin görüş alınmadı", deyə açıqlama vermişdi. 

Hətta Britni bu müsahibə zamanı məşhur müğənni Castin Timberleyklə sevgili idi. O, Uilyamın onunla görüşmək fikrindən niyə daşındığını da bilmədiyini dilə gətirmişdi. 

Qeyd edək ki, keçən il Kristofer Andersinin “Qardaşlar və həyat yoldaşları: Uilyam, Keyt, Hari və Meqanın şəxsi həyatları” adlı kitabında Britni və şahzadənin virtual münasibətləri haqqında məlumat paylaşmışdı: 

"Uilyam və Spirs gəncliklərində bir araya gəlməyə çalışıblar. Onların telefon danışıqları olub, amma bu müddət ərzində görüşdüklərini düşünmürəm", deyə müəllif bildirib.

Bildiyimiz kimi, 2003-cü ildə Uilyam indiki həyat yoldaşı Keyt Middltonla görüşməyə başlayıb. Britni isə 2002-ci ilin sonlarında Castin Timberleykdən xoşagəlməz şəkildə ayrılmışdı. 

Xatırladaq ki, Britninin hazırki həyat yoldaşı Sem Əsgəri adlı rəqqasədir. Onlar 2016-cı ildə tanış olub və bu il evləniblər.  


# 4371
avatar

Sevinc Fərid

Oxşar yazılar