Çinin Şandun əyalətinin sakini, gələcəkdə onu diriltmək ümidi ilə ağ ciyər xərçəngindən ölən arvadının cəsədini dondurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Quya Junminin 49 yaşlı arvadı Çjan Venlyan ağ ciyər xərçənginə yoluxub. O, vəfat edəndə Junminin ağlına bədənini kriyojenik dondurma ilə qorumaq fikri gəlib.
Bununla bağlı araşdırma aparandan sonra çinli arvadından belə bir prosedura razı olub-olmadığını soruşub. Bu müddətdə xərçəng Venlyanın beyninə yayılıb. Artıq danışa bilməyib və üz əzələlərini idarə edə bilməyib. Əri ondan razı olarsa əlini sıxmasını istəyib.
“Əlbəttə, o, razılaşıb. Əks halda mənim əlimi sıxmazdı”, - Quya Junmin bildirib.
Ər arvadına deyib: “Yalnız bir az yatmalısan”.
Venlyanin ürəyi 2017-ci il mayın 8-də dayanıb. Mütəxəssislər dərhal bədənini dondurmaq üçün 55 saatlıq bir əməliyyat keçirib. 50 il üçün kriogenik bir çənə qoyulmazdan əvvəl, əri ona son dəfə baxıb. Sanki yuxuda kimi görsənib.
Kriyojenik dondurma çəni iki min litr maye azotla doldurulub. Orada mənfi 196 dərəcə Selsi temperaturu saxlanılır.