Münasibətdə yaranan problemləri həll etməyin 2 ASAN YOLU
06 avqust 2021 19:00 (UTC +04:00)

Münasibətdə yaranan problemləri həll etməyin 2 ASAN YOLU

Münasibətinizdə sevgilinizlə aranızdakı problemləri həll etmək üçün bu 2 üsuldan istifadə etmək kifayətdir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünüz üçün mükəmməl bir sevgili axtararkən, təqdirəlayiq, cazibədar və həyəcanverici olmasını istəyirsiniz. Əslində isə belə deyil.Mükəmməl tərəfdaşınızda axtardığınız keyfiyyətlərin çoxu əslində özünüzü necə görmək və ya özünüzdə görmək istədiyiniz şeylərdir. Amma unutmayın ki, hər insanın yaxşı və pis xarakterləri var. Elə sevgilinizin də. Əsas olan odur ki, bir-birinizin yaxşı xüsusiyyətlərini görüb dəyər verəsiniz.

Mütəxəsisslər də belə düşünür. Onların araşdırmalarına görə, münasibətdə yaranan problemləri həll etməyin 2 asan yolu var.

1. Bir-birinizi müqayisə edin və fərqləndirin

Bənzər keyfiyyətləriniz nələrdir? Fərqləriniz nələrdir? Bunu etdiyiniz zaman mənfi keyfiyyətləri aradan qaldırmağı dayandıracaq və sevgilinizi başqalarından fərqləndirən yaxşı cəhətlərinə diqqət yetirəcəksiniz. Sadəcə aranızda daha güclü bir bağ qurmayacaqsınız, həm də özünüzdəki keyfiyyətləri də sevməyi öyrənəcəksiniz.

2. Problemin kökündə duran səbəbləri tapın

Əgər sevgiliniz sizi incidən və ya əsəbiləşdirən bir iş görübsə, bunun səbəblərini tapmağa çalışın. Sizin ona qarşı heç vaxt bu hərəkəti etməyəcəyinizi düşünə bilərsiniz. Amma əsas olan niyə belə bir şey etdiyidir. Dana dərinə endikdə, harada səhv buraxdığınızı, bir-birinizə olan diqqətin nə qədər az olduğunu daha aydın görəcəksiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7302
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar