Məşhur futbolçunun Türkiyədə toyu oldu -  FOTO
04 iyul 2022 10:01 (UTC +04:00)

Məşhur futbolçunun Türkiyədə toyu oldu - FOTO

"Mançester Siti"də uğurlu mövsüm keçirən İlkay Gündoğan atasının yurdu olan Balıkəsirin Dursunbəy rayonunda toy edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Mərakeş əsilli italyan model Sara Arfaui ilə ailə quran İlkay Gündoğanın toyu maraqlı keçib. İlk rəqsdən sonra gəlin masasına əyləşəndə Sara onun üzünü güllərlə örtüb və şəkil çəkdirməməyi xahiş edib.

Bir həftədir Bodrumda istirahət edən cütlük toy günü ata ocağı olan Dursunbəy qəsəbəsinə gəlib.

Toyda Balıkesir valisi Həsən Şıldak, Böyükşəhər bələdiyyə başqanının müavini Yasin Saqay, polis rəisi Həsən Onar, millət vəkili Yavuz Subaşı və cütlüyün yaxınları iştirak edib. Axşam saat 21 radələrində toya qatılan İlkay və Sara cütlüyünə böyük maraq olub.

Təxminən 2 min nəfərin iştirak etdiyi toyda yüzlərlə insan gəlin və bəyi cib telefonu ilə çəkmək istəyərkən qısa müddətli izdiham yaşanıb. 

# 2673
avatar

Oxşar yazılar