“WikiLeaks”in qurucusu Culian Assanc London həbsxanasında öz nişanlısı ilə kiçik mərasimlə evlənib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 50 yaşlı Assanc 2019-cu ildən 10 il əvvəl “WikiLeaks”in çoxlu sayda məxfi sənədləri yayması ilə bağlı bir sıra ittihamlarla Londonun cənub-şərqindəki Belmarş Yüksək Təhlükəsizlik Həbsxanasında saxlanılır.
Assanc və Stella Morisin toy mərasimində dörd qonaq və iki şahid iştirak edib.
Moris Assancın iki azyaşlı oğlu həbsdən çıxarkən onlarla şəkil çəkdirib. O, gəlinlik paltarı və dostlarından və ailəsindən gələn mesajlarla işlənmiş duvaq geyinib. Paltarı Assancın ən fəal tərəfdarlarından biri olan britaniyalı dizayner Vivyen Vestvud hazırlayıb.
Keçən həftə Böyük Britaniyanın Ali Məhkəməsi Assancın casusluq ittihamı ilə ABŞ-a ekstradisiyasına dair bu ölkənin Ali Məhkəmsiənin qərarına qarşı şikayətini rədd edib.