Əgər cütlük tapmaq ilk baxışdan göründüyü qədər asan olsaydı, o zaman hər kəs ilk partnyoru ilə birlikdə olardı, heç vaxt ayrılmaz və ya boşanmazdılar. Ancaq hər kəs təcrübə yaşadıqca öyrəndi ki, "öz" adamını tapmaq olduqca çətindir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də, sizə uyğun olmayan insanlara boşa vaxt sərf etmədən, dərhal uzaqlaşmalısınız.
Bu barədə sözün əsl mənasında “qışqıran” əlamətlər hansılardır?
1. Söhbət üçün ümumi mövzu tapmaqda çətinlik çəkirsiniz
Söhbət və ünsiyyət sağlam, ahəngdar bir münaisbətin əsas əlamətlərindən biridir. Bir kişi ilə nə haqqında danışa biləcəyiniz barədə düşünməməlisiniz. Çünki həmin insan sizə uyğun olsaydı, müzakirə üçün mövzu axtarmazdınız. Mütəxəssislərin fikrincə, tərəfdaşınız müzakirə mövzusu tapmaqda sizə kömək etməyə belə cəhd etmirsə, xüsusilə ehtiyatlı olmalısınız .
Özünüzü məhdud və etibarsız hiss edirsiniz
Əgər gələcəyinizi quracağınız insanı tapmısınızsa, o zaman özünüzü rahat, açıq və yaxşı hiss edərsiniz. Əgər qeyri-müəyyənlik və məhdudiyyət yaranarsa, deməli bu adamla psixoloji cəhətdən narahatsınız.
Münasibətlərə fərqli baxışlarınız var
Əgər kişi sadə münasibət istəyir və siz evlilik düşünürsünüzsə, deməli, çox fərqli məqsədləriniz var. Ona görə də bu məsələ tanışlığın çox erkən mərhələsində aydınlaşdırılmalıdır.
Əsas məsələlərdə razılaşa bilmirsiniz
Əvvəldən bir neçə şeyi aydınlaşdırmaq lazımdır. Məsələn, bir kişidən gələcəkdə uşaq sahibi olmaq istəyi barədə soruşmağa dəyər. Bir insanın maliyyə vəziyyətini münasibətdə necə təsəvvür etdiyini aydınlaşdırmaq vacibdir.
Özünüzü tək hiss etmirsiniz
Bir çox kişi eyni vaxtda bir neçə qadınla kifayət qədər uzun müddət münasibətdə olub. Özünüzə dəyər verirsinizsə və hörmət edirsinizsə, o zaman bu "yarışlardan" çıxmalısınız. Bir insan əvvəlcə sizə diqqət yetirmək istəməyibsə, ondan yaxşı bir şey çıxması ehtimalı azdır.