Kişi oğluna elə ad seçdi ki... –   Qadın hönkür-hönkür ağladı
03 aprel 2022 18:08 (UTC +04:00)

Kişi oğluna elə ad seçdi ki... –   Qadın hönkür-hönkür ağladı

Böyük Britaniyada ər hamilə arvadını gələcək uşağa qəribə ad seçdiyi üçün göz yaşlarına boğub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda BFPDec21 ləqəbli istifadəçi Mumsnet forumunda paylaşım edib.

Ana olmağa hazırlaşan qadın öz paylaşımında ərinin körpəyə ad qoyması ilə bağlı fikirlərindən qəzəbləndiyini söyləyib.

“Ərim davamlı olaraq Ozimandiya və Baltazar kimi adlar təklif edir,” o, gileylənib.

Onun sözlərinə görə, o, oğluna Ceyms və ya İshaq kimi daha ənənəvi ingilis adı qoymağa üstünlük verərdi.

Qadın etiraf edib ki, ad seçiminin şirin anı onun üçün göz yaşlarına və narahatlığa çevrilib. O, digər gələcək analardan belə adlara münasibətini soruşub.

“Baltazar – iblisdir. Ərinizə deyin ki, əgər o, bunun çox gözəl olduğunu düşünürsə, özünü Baltazar adlandırsın”, - forum istifadəçilərindən biri postun müəllifini belə dəstəkləyib. 

Cütlük kompromis əldə etməyib və hər ikisi uyğun variant axtarmağa davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5265
avatar

Oxşar yazılar