Nijni Novqorod vilayətində itkin düşən qadın və onun sevgilisinin meyitləri avtomobildə tapılıb.
Lent.az bildirir ki, bu barədə “Ni Mash” Telegram kanalı məlumat yayıb.
Şahunyi şəhərindən olan iki uşaq anası yerli məktəbə valideyn-müəllim yığıncağına gedib və geri qayıtmayıb. Qadının əri polisə şikayət edib və onlar videomüşahidə sistemindən istifadə edərək onu axtarmağa başlayıblar.
Nəticədə məlum olub ki, qadın ölümündən bir qədər əvvəl altı aya yaxın görüşdükləri sevgilisinin “Qazel” maşınına minib. Sonra həmin maşında cəsədləri tapılıb. İlkin ehtimala görə, onlar dəm qazından zəhərlənərək ölüblər.