Elə ehtiraslı  öpüşdülər ki...   - Paparassilər yaxaladı
17 aprel 2022 19:50 (UTC +04:00)

Elə ehtiraslı öpüşdülər ki... - Paparassilər yaxaladı

Cennifer Lopez və Ben Afflekin məhəbbət hekayələri çoxdan başlayıb və hətta toyun ləğvi ilə bitib. Ancaq çoxları üçün gözlənilmədən ulduzlar yenidən birləşib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Afflek və Lopez artıq birdəfəlik ər-arvad olmağa hazırdırlar - aktyor bu yaxınlarda sevgilisinə ikinci dəfə evlilik təklifi edib.

Yenidən birləşdikdən sonra Ben və Cennifer paparassilərin əsas “obyektinə” çevrilib. Əgər hələ fevral ayında sevgililər fotoqraflardan qaçmağa çalışırdılarsa, indi Cennifer ictimaiyyət qarşısındaç qaçmamaq qərarına gəlib.

Bu günlərdə paparassilər Ben Afflek və Cennifer Lopezi Los-Ancelesdəki evlərinin qarşısında ehtiraslı öpüşərkən yaxalayıb.

Afflek qara “Mercedes-Benz” ilə darvazaya yaxınlaşanda müğənni onu öpüşərək salamlayıb və yəqin ki, bununla da Beni bir qədər də təəccübləndirib.  

Bir neçə dəqiqə öpüşən sevgililər bir-birlərinin gözlərinə çox mehribanlıqla baxıblar.

Yeri gəlmişkən, Cennifer öpüşdən əvvəl fotoqrafların ətrafda olduğunu görüb. Beləliklə, Lopezin bunu xüsusilə onlar üçün etdiyi də istisna deyil.

Cennifer Lopez və Ben Afflekin sevgi romanı

Müğənni və aktyor 2000-ci illərin əvvəllərində bir filmin çəkiliş meydançasında tanış olublar. Onlar 2002-ci ilin iyulunda görüşməyə başlayıblar və noyabrda nişanlanıblar. 2003-cü ilin sentyabrında, toya bir neçə gün qalmış cütlük ayrılıb. 2003-2005-ci illərdə onunla birlikdə çalışmış keçmiş meneceri Rob Şoter müğənninin ayrılmasına səbəb kimi Ben Afflekin spirtli içkilərə aludə olmasını göstərib.

Hollivud ulduzlarının yenidən bir araya gəlməsi ilə bağlı ilk söz-söhbətlər 2021-ci ilin yazında, “ekslər”in tez-tez gəzintilərdə bir yerdə göründüyü zaman və Ben və Cenniferin tətildə birlikdə vaxt keçirdikdən sonra ortaya çıxıb. Cütlük münasibətlərini Cennifer Lopezin ad günündə təsdiqləyib.

Qeyd edək ki, Cenniferin və onun keçmiş əri Mark Entoninin 14 yaşlı Maks və Emma adlı əkizləri, Afflek və onun keçmiş həyat yoldaşı Cennifer Qarnerin isə üç övladı var: 16 yaşlı Vayolet, 13 yaşlı Serafina və 10 yaşlı Samuel.

# 5334
avatar

Oxşar yazılar