Əfsanəvi futbolçu  oğlunun toyuna   4 milyon xərcləyəcək - FOTO
10 aprel 2022 16:16 (UTC +04:00)

Əfsanəvi futbolçu oğlunun toyuna 4 milyon xərcləyəcək - FOTO

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemin oğlu Bruklin və onun nişanlısı, aktrisa Nikola Peltsin toyunu keçirmək xərcləri ailəyə üç milyon funt-sterlinqə (4 217 752 dollar) başa gələcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cütlük eyni anda iki toy mərasimi - yəhudi və katolik ənənəsinə uyğun keçirməyi planlaşdırır.

Beləliklə, ilk mərasim Nikola Peltsin atası, iş adamı Nelson Peltsə həsr olunacaq. İkinci isə qızın anası, keçmiş amerikalı model Klaudiyanın şərəfinə təşkil olunacaq.

Hər iki toy Peltsin valideynlərinin 76 milyon funt sterlinq dəyərindəki evində baş tutacaq.

Bildirilir ki, tədbirə britaniyalı aşpaz Qordon Ramsey, aktrisa Eva Lonqoriya, model Cici Hadid, həmçinin Britaniya şahzadəsi Harri və xanımı Meqan Markl qatılmağı planlaşdırır.

Bundan əlavə, mərasimdə ifaçılar Snup Doqq, Bruno Mars, Mark Entoni və DJ Fat Tony çıxış edəcəklər.

Məlumata görə, mərasim zamanı qeyri-məhdud miqdarda birinci dərəcəli yeməklərlə yanaşı, qonaqlara 200 funt sterlinq dəyərində Bollinqer şampanı təklif olunacaq.

O da məlum olub ki, Peltsin ailəsi stollarınüstünü bəzəmək üçün nadir səhləb çiçəyinə 50 min funt-sterlinq xərcləyib.

Bruklin Bekhem və Nikola Peltsin toy planlaşdırdığı 2020-ci ilin iyulunda məlum olub. Futbolçunun oğlu aktrisaya təklif edib və o, razılaşıb. "Sənə söz verirəm ki, sənin üçün daha yaxşı ər və uşağımız üçün daha yaxşı ata olacaqsan", - gənc oğlan belə vəd verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4008
avatar

Oxşar yazılar