CÜTLÜKLƏRİN NƏZƏRİNƏ  - Tez-tez ayrılıb barışmaq sağlamlığa zərər verir
21 iyun 2021 16:26 (UTC +04:00)

CÜTLÜKLƏRİN NƏZƏRİNƏ - Tez-tez ayrılıb barışmaq sağlamlığa zərər verir

Davamlı olaraq ayrılıb barışmaq bugünkü münasibətlərdə olduqca tez-tez rast gəlinən haldır. Əlbəttə, bu ayrılıqların iki insanı daha da yaxınlaşdırdığına, münasibəti gücləndirdiyinə də inanırıq. Amma aparılan araşdırmalara görə, tez-tez ayrılıb barışmaq sağlamlığa zərər verir.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, əslində bu ayrılıb barışmalar münasibəti gücləndirmir, sadəcə birlikdə olma müddətini uzadır.

500 cütlük üzərində aparılan araşdırmalar sübut edib ki, tez-tez ayrılıb barışanlar sabit münasibəti olanlarla müqayisədə ünsiyyət problemi yaşayırlar. Bu cür münasibətlər hər iki tərəfdə depressiya kimi psixoloji problemlərə səbəb olduğu da aşkar edilib.

Araşdırmaya görə, ayrılıqlar adətən qızğın mübahisədən və ya xəyanətdən sonra baş verərsə, tərəflər bir-birindən ayrıla bilmədiyi üçün barışırlar. Münasibətə daha ciddi yanaşan tərəf, qarşı tərəfi itirmək qorxusuna görə, onun davranışlarına dözür.

Kiçik bir mübahisədən sonra tərəflər bir-birlərinə olan etibarlarını sorğu-sual edirlər. Qarşı tərəf üçün kifayət etmədiklərini düşünməyə başladıqları zaman, bu onları ayrılığa apara bilər. Sağlamlığın hər şeydən daha vacib olduğunu və xoşagəlməz bir münasibətin buna böyük zərər verə biləcəyini deyən psixoloqlar, əgər ayrılmaq lazımdırsa, uzatmağa cəhd etməyin deyirlər. Psixoloqlar onu da qeyd edirlər ki, bəzi münasibətlərdə cütlüklər bir-birindən ayrıla bilmirlər, amma birlikdə olmaq da onlara yaxşı təsir etmir.

Ayrıldığınız insanla yenidən bir araya gəlmək şansınız olduqda özünüzə xatırlatmanız lazım olan tək bir şey var, o da daha əvvəl hansı səbəbdən ayrıldığınızdır. Əgər barışma ehtimalınız varsa, o zaman qarşı tərəflə danışaraq eyni problemləri yaşayıb-yaşamayacağınızı aydınlaşdırmalısınız.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5310
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar