"Bavariya"nın ən titullu alman futbolçusu Tomas Müller və həyat yoldaşı Liza tamamilə ayrılıb.
Tomas və Lizanın münasibətlərində problemlər olduğuna dair ilk fərziyyələr bu ilin mayında, qızın sosial şəbəkələrdə futbolçunu izləməməsinin ardından ortaya çıxıb. Üstəlik, o, profil şəklini və Müller ilə olan bütün şəkillərini silib. Və bu gün məlum olub ki, Tomas artıq Lizanın abunəçisi deyil.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bununla belə, o, hələ də sosial şəbəkələrini birlikdə fotolardan təmizləməyib, bu da boşanmanın təşəbbüskarı olmadığını güman etməyə imkan verir.
Cütlüyün bu qədər illik evlilikdən sonra ayrılması pərəstişkarlarını şoka salıb: “15 illik evlilik... Niyə insanlar indi evli qala bilmirlər?”, “Onlara görə sevgiyə inanırdım”, “Onun dostu Noyer kimi, düşünürəm ki, yaxın vaxtlarda gənc qızla ailə quracaq, uşaqları olacaq”.
Tomas və Liza 17 ildən artıqdır ki, birlikdədirlər və bu dekabrda evliliklərinin 15-ci ildönümünü qeyd etməli idilər.
Sizi bir vaxtlar xoşbəxt olan cütlüyün əbədi olaraq yoxa çıxmamış birgə fotolarına baxmağa dəvət edirik.