Beynəlxalq  öpüş günüdür:   dayanmadan 60 saata yaxın...
06 iyul 2022 11:25 (UTC +04:00)

Beynəlxalq öpüş günüdür: dayanmadan 60 saata yaxın...

Bu gün beynəlxalq öpüş gündür. 

Lent.az xəbər verir ki, 1981-ci ildən öpüşün araşdırılması ilə BMT-nin ümumdünya Sağlamlıq Komitəsi məşğul olur. Öpüşmək üzrə rekord isə amerikalı A.E.Volframa məxsusdur. O, 8 saat ərzində 8001 adamı öpə bilib. Heyvanlar arasında şimpanzenin öpüşü insan öpüşünə daha çox bənzəyir.

Statistikaya əsasən, insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir. Öpüş prosesinin elmi adı filematalogiyadır. Hindlilərin fikrincə öpüş zamanı insanların ruhu və gücü bir-birlərinə keçir. Keçirilən sorğuya əsasən, əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir. 

1999-cu ildə Kramit Subera ve Dror Orpaz öpüş müddətinə görə dünya rekordu qırıblar. Onlar kütlə qarşısında düz 30 saat 45 dəqiqə öpüşə biliblər.

Dayanmadan öpüşmə rekordu taylandlı Ekkaçay və Laksana Tiranarat cütlüyünə məxsusdur. Onlar 2011-ci ildə fasiləsiz olaraq 58 saat 35 dəqiqə 58 saniyə öpüşüblər.

# 3345
avatar

Oxşar yazılar