ABŞ prezidenti Co Bayden həyat yoldaşı Cillə hər Yeni ildə eyni hədiyyəni verir.
Lent.az bildirir ki, “İndependent”in xəbərinə görə, birinci xanım bu barədə “Çarlinin mələkləri” filminin ulduzu Dryu Berrimorun CBS telekanalında tok-şousunda danışıb.
Co və Cill Bayden ailələrində mövcud olan bayram ənənələri haqqında danışdıqları “Dryu Berrimorun Şousu”nda yeni buraxılışın qəhrəmanları olublar. ABŞ-ın birinci xanımı etiraf edib ki, əri hər il ona yeni bir misra şeir həsr edir.
Amerika lideri isə öz növbəsində bütün sətirləri özu yazdığını vurğulayıb. O, həmçinin əlavə edib ki, həyat yoldaşını hədiyyə etməyi çox sevir, ona görə də, bir qayda olaraq, bir şeirlə məhdudlaşmır və ona nəsə maddi bir şey də alır.